Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub Həftənin son matçında "Səbail" "Zirə"ni qəbul edib
Futbol
3 Dekabr , 2017 20:40
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub

Bakı. 3 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub.

"Report" xəbər verir ki, həftənin son matçında "Səbail" "Zirə"ni qəbul edib.

"Bayıl Arena"da baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu 39-cu dəqiqədə Adil Nağıyev vurub.

Bu qalibiyyətdən sonra xallarının sayını 30-a çatdıran "Zirə" 3-cü pillədə qalıb. "Səbail" isə 13 xalla 6-cıdır.

Turun digər oyunlarında "Qarabağ" "Neftçi"ni 1:0, "Sumqayıt" və "Qəbələ" isə müvafiq olaraq "Kəpəz" və "Keşlə"ni 3:0 hesabı ilə məğlub ediblər.

Son xəbərlər

Orphus sistemi