Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib "Kapital Bank Arena"da "Sumqayıt" və "Qəbələ" komandaları üz-üzə gəlib
Futbol
14 Oktyabr , 2017 20:53
Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib

Bakı. 14 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, "Kapital Bank Arena"da "Sumqayıt" və "Qəbələ" komandaları üz-üzə gəlib.

Görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 29-cu dəqiqədə Famussa Kone vurub. O, "Sumqayıt"ın qapıçısı Fərhad Vəliyevlə təkbətək çıxaraq, hesabı açıb. İkinci hissədə Samir Abasovun baş məşqçi olduğu komanda ən azı bərabərlik qolunu vurmağa çalışsa da, buna nail ola bilməyib.

Bu nəticədən sonra xallarını 16-ya çatdıran "Qəbələ" 3-cü pillədə qalıb. "Sumqayıt" isə 10 xalla 4-cüdür.

Qeyd edək ki, daha əvvəl "Qarabağ” "İnter”i 2:0, "Zirə" "Kəpəz"i 3:0 hesabı ilə məğlub edib. Turun son matçı isə oktyabrın 15-də "Səbail” və "Neftçi” komandaları arasında olacaq.

Azərbaycan Premyer Liqası

VIII tur

18:00. "Sumqayıt” – "Qəbələ” - 0:1

Qol: Famussa Kone, 29

Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Nahid Əliyev, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Sakin Məmmədzadə

Hakim-inspektor: Asim Xudiyev

"Kapital Bank Arena”

Xal durumu: "Qarabağ" - 19, "Zirə" - 18, "Qəbələ" - 16, "Sumqayıt" - 10, "İnter" - 8, "Səbail" - 6, "Neftçi", "Kəpəz" - 4.

Son xəbərlər

Orphus sistemi