Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun son oyunu keçirilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun son oyunu keçirilib Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun son oyunu keçirilib.
Futbol
29 Sentyabr , 2019 21:40
Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun son oyunu keçirilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun son oyunu keçirilib.

"Report"un məlumatına görə, "ASCO Arena"da "Keşlə" "Zirə"ni qəbul edib. Görüş nominal meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.

İlk yarıda hesab açılmayıb. İkinci hissədə isə "Keşlə" iki gözəl qol vurub. 53-cü dəqiqədə Ruslan Qurbanov qapının uzaq küncünə qarşısıalınmaz zərbə endirib. 64-cü dəqiqədə isə Lorenso Frutos cinah ötürməsindən sonra topu birbaşa qapıya göndərib. Bununla da qollarının sayını 4-ə çatdıran Frutos bombardirlər siyahısında vahid liderə çevrilib.

"Keşlə" isə xallarını 10-a çatdıraraq, 3-cü pilləyə yüksəlib. Əvəzində "Zirə" 7 xalla 5-ci pillədə qalıb.

Qeyd edək ki, turun ilk 3 oyununda "Qarabağ" öz meydanında "Sumqayıt"a 2:0, "Neftçi" səfərdə "Qəbələ"yə, "Sabah" evdə "Səbail"ə 3:0 hesabı ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi