Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub - VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub - VİDEO Bakı. 30 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub.
Futbol
30 Sentyabr , 2018 23:15
Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub - VİDEO

Bakı. 30 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub.

“Report” xəbər verir ki, turun son matçında “Sumqayıt” “Zirə”ni qəbul edib.

Qarşılaşma “gənclik şəhəri” təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qol 16-cı dəqiqəyə təsadüf edib. Adil Nağıyev avtoqol müəllifi olub.

Bu nəticədən sonra xallarının sayını 10-a yüksəldən “Suqmayıt” “Sabah”la birgə 2-3-cü yerləri bölüşdürür. “Zirə” isə bir xalla sonuncudur.

Günün digər matçında “Qəbələ” “Keşlə” ilə heç-heçə edib – 1:1. V turun ilk günündə “Neftçi” “Səbail”i 4:0, “Qarabağ” isə “Sabah”ı 2:0 hesabı ilə üstələyib.

Son xəbərlər

Orphus sistemi