Yuxarı

Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulub

Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulub
Turun son qarşılaşmasında Qəbələ Səbaillə görüşüb

Bakı. 17 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura bu gün keçirilmiş 2 oyunla yekun vurulub.

"Report"un məlumatına görə, turun son qarşılaşmasında "Qəbələ" səfərdə debütant "Səbail"lə görüşüb.

"Dalğa Arena"da təşkil olunmuş matçdan qonaqlar qalib ayrılıb - 3:1. İlk yarının sonlarında "Qəbələ"dən Baqali Dabo fərqlənib. 55-ci dəqiqədə Vüqar Nadirov bərabərlik qolunu vursa da, tezliklə Asif Məmmədov "qırmızı-qaralar"ı yenidən önə çıxarıb. Oyunda son nöqtəni isə uzatma dəqiqələrində Dabo qoyub.

Bununla da "Qəbələ" xallarını 10-a çatdırıb və 3-cü pillədə qalıb. Cəmi 3 xalı olan "Səbail" isə 6-cıdır.

Qeyd edək ki, günün ilk matçında isə "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Kəpəz"i qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 34-cü dəqiqədə Coşqun Diniyev, 80-ci dəqiqədə isə Dani Kintana vurub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi