Yuxarı

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun bütün təyinatları açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun bütün təyinatları açıqlanıb
Beynəlxalq dərəcəli hakim Əliyar Ağayev oyunsuz qalıb

Bakı. 24 avqust. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun bütün təyinatları açıqlanıb.

"Report"un məlumatına görə, "Qarabağ"la "Qəbələ" arasında keçiriləcək turun mərkəzi görüşü keçmiş FİFA referisi Fariz Yusifova tapşırılıb. O, ardıcıl 4-cü dəfə bu komandaların oyununa təyinat alıb. Yusifov ötən mövsümün son 2 dövrəsində və ölkə kubokunun finalında da mərkəzi qarşılaşmanın baş hakimi olub.

Əvəzində ötən tur "Sumqayıt"la matçdan sonra "Qəbələ"nin narazı qaldığı beynəlxalq dərəcəli hakim Əliyar Ağayev oyunsuz qalıb.

25 avqust (cümə)

“İnter” – “Səbail”

Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rahil Ramazanov, Ramil Diniyev

AFFA nümayəndəsi: Sakin Məmmədzadə

Hakim-inspektor: Fazil Mürşüdov

“İnter Arena”, 18:00 (canlı, “CBC Sport”)

“Neftçi” – “Kəpəz”

Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Mehman Mahmudov, Rəhim Həsənov

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Kərim Ağayev

“Bakcell Arena”, 20:30 (canlı, “CBC Sport”)

26 avqust (şənbə)

“Zirə” – “Sumqayıt”

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Abas Hüseynov

Hakim-inspektor: Məhəmməd Məmmədov

Zirə İdman Kompleksinin stadionu, 18:00 (canlı, “CBC Sport”)

“Qarabağ” – “Qəbələ”

Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Vaqif Musayev, Rauf Cabbarov

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Əli Hüseynov

“Azersun Arena”, 20:30 (canlı, “CBC Sport”).

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi