​Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək

​Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək Azarkeşlər "Xəzər Lənkəran" - "Rəvan" matçını izləyə biləcəklər
Futbol
22 Avqust , 2015 11:09
​Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək

Bakı. 22 avqust. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının III turunun ilk oyunu keçiriləcək. "Report"un məlumatına görə, "Xəzər Lənkəran" doğma azarkeşlər önündə "Rəvan"ı qəbul edəcək.

Lənkəran şəhər stadionunda keçiriləcək matç saat 21:00-da start götürəcək və CBC telekanalı vasitəsilə canlı yayımlanacaq. "Rəvan" hazırda 1 xalla turnir cədvəlində 8-ci, "Xəzər Lənkəran" isə 4 xalla 3-cü pillədə qərarlaşıb.

22 avqust

21:00. "Xəzər Lənkəran" – "Rəvan"

Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Akif Əmirəli, Nail Nağıyev

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Füzuli Nəcəfov

"Xəzər Lənkəran" mərkəzi stadionu

Qeyd edək ki, turun digər oyunları 23 və 24 avqustda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi