Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulub

Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulub Tura "Qəbələ" - "Sumqayıt" matçı ilə yekun vurulub
Futbol
20 Avqust , 2017 23:05
Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulub

Bakı. 20 avqust. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura "Qəbələ" - "Sumqayıt" matçı ilə yekun vurulub. "Report"un məlumatına görə, Qəbələ şəhər stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Yeganə qolu 40-cı dəqiqədə Tellur Mütəllimov vurub.

Beləliklə, ilk 2 turdan sonra liderlərin sayı 3-ə enib. Hazırda turnir cədvəlinə hərəyə 6 xalı olan "Zirə", "Qarabağ" və "Qəbələ" başçılıq edir. Ötən tur qələbə qazanmış "Sumqayıt" isə ilk məğlubiyyətlə üzləşib.

Azərbaycan Premyer Liqası

II tur

19 avqust (şənbə)

18:00. “Səbail” – “Neftçi” - 1:0

Qol: Elman Taqayev, 90

Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, İsgəndər Əliyev, Orxan Məmmədov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Füzuli Nəcəfov

“Dalğa Arena”

20:00. “Qarabağ” – “İnter” - 1:0

Qol: Əfran İsmayılov, 89

Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Elman Musayev, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Murad Məmmədov

“Azersun Arena”

20 avqust (bazar)

17:00. “Kəpəz” – “Zirə” - 0:3

Qollar: Nicat Qurbanov, 21. Təmkin Xəlilzadə, 49; 87

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Vüsal Qənbərov, Rəhim Həsənov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Əhmədağa Cabbarov

Yevlax şəhər stadionu

20:00. “Qəbələ” – “Sumqayıt” - 1:0

Qol: Tellur Mütəllimov, 40

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Ömər Paşayev

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Şahin Cəfərov

Qəbələ şəhər stadionu

Son xəbərlər

Orphus sistemi