Futbol üzrə Azərbaycan Premyer Liqası: "Neftçi" "Keşlə" - 3:1

Futbol üzrə Azərbaycan Premyer Liqası: "Neftçi" "Keşlə" - 3:1 XIII turun daha bir oyunu keçirilib
Futbol
25 Noyabr , 2017 23:22
Futbol üzrə Azərbaycan Premyer Liqası: Neftçi  Keşlə - 3:1

Bakı. 25 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.

"Report" xəbər verir ki, günün ikinci matçında "Neftçi” "Keşlə”ni qəbul edib.

"Bakcell Arena"da baş tutan görüşdə hesabı meydan sahibləri açıb. Qarşılaşmanın 33-cü dəqiqəsində Mirabdulla Abbasov fərqlənib. 51-ci dəqiqədə İqnasio Herrera "ağ-qaralar"ın üstünlüyünü artırıb. Lakin 69-cu dəqiqədə Adrian Skarlatake hesabı minimuma endirib. Buna baxmayaraq, matçda son nöqtəni meydan sahibləri qoyublar. Kapitan Ruslan Abışov 89-cu dəqiqədə yekun hesabı müəyyənləşdirib - 3:1.

Bu qələbə sayəsində xallarını 16-ya çatdıran "Neftçi"i top fərqinə görə "Sumqayıt"ı qabaqlayaraq 4-cü pilləyə yüksəlib. "Keşlə" isə 8 xalla 7-ci sırada qalıb.

Azərbaycan Premyer Liqası

XIII tur

25 noyabr (şənbə)

17:00. "Neftçi” – "Keşlə” - 3:1

Qol: Mirabdulla Abbasov, 34. İqnasio Herrera, 51. Ruslan Abışov, 89 - Adrian Skarlatake, 69

Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Yaşar Abbasov, Ramil Diniyev

AFFA nümayəndəsi: Abas Hüseynov

Hakim-inspektor: Asim Xudiyev

Bakı. "Bakcell Arena”

Son xəbərlər

Orphus sistemi