Futbol üzrə Azərbaycan millisinin 2016-cı ildə ilk rəqibi müəyyənləşib

Futbol üzrə Azərbaycan millisinin 2016-cı ildə ilk rəqibi müəyyənləşib Oyun Antalyada keçiriləcək
Futbol
11 Yanvar , 2016 10:27
Futbol üzrə Azərbaycan millisinin 2016-cı ildə ilk rəqibi müəyyənləşib

Bakı. 11 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandası martın 26-da yoldaşlıq oyunu keçirəcək. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, rəqib Qazaxıstan yığması olacaq. 

Görüş Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində baş tutacaq. 

Qeyd edək ki, bu, Azərbaycan millisinin 2016-cı ildə ilk oyunu olacaq. 

Son xəbərlər

Orphus sistemi