Bakı. 30 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandası Ukrayna kollektivi ilə qarşılaşa bilər.
"Report" Ukrayna KİV-nə istinadən xəbər verir ki, görüşün artıq may ayında keçiriləcəyi gözlənilir.
Ukrayna yığması mart təlim-məşq toplanışında Kipr və Uels kollektivləri ilə iki yoxlama oyunu keçirib və hər iki matçda 1:0 hesabı ilə qalib gəlib. Azərbaycan isə Qazaxıstana 0:1 hesabı ilə məğlub olub.
Ukrayna millisinin növbəti qarşılaşmaları Avropa Çempionatına az qalmış keçiriləcək toplanış zamanı olacaq.
Məlumata görə, hələlik ilkin razılaşmalar var: 29 may Rumıniya və ya Azərbaycan, 2 və ya 3 iyun - Albaniya, iyunun 6-da Moldova ilə.