Futbol üzrə Azərbaycan milli komandası Qətərdən Bakıya qayıdıb

Futbol üzrə Azərbaycan milli komandası Qətərdən Bakıya qayıdıb Oyunla bağlı bütün xərclər Qətər Futbol Federasiyası tərəfindən qarşılanıb
Futbol
10 Mart , 2017 11:11
Futbol üzrə Azərbaycan milli komandası Qətərdən Bakıya qayıdıb
Report.az

Bakı. 10 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandası Qətər yığması ilə yoldaşlıq oyunu keçirdiyi Dohadan Bakıya qayıdıb. "Report"un məlumatına görə, heyət üzvlərini gətirən təyyarə saat 10:45-də Heydər Əliyev adına Beynəlxaq Hava Limanına eniş edib. 

Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv ölkəyə "Qatar Airways"a məxsus sərnişin təyyarəsi ilə qayıdıb. Oyunla bağlı bütün xərclər Qətər Futbol Federasiyası tərəfindən qarşılanıb. 

Qeyd edək ki, Qətər - Azərbaycan matçı 1:2 hesabı ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi