Yuxarı

Futbol üzrə Azərbaycan milli komandası Norveçə yollanıb - FOTO

Futbol üzrə Azərbaycan milli komandası Norveçə yollanıb - FOTO
Yığma Osloya çarter reysi ilə gedib

Bakı. 30 avqust. REPORT.AZ/ Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Norveç yığmasının qonağı olacaq Azərbaycan milli komandası Osloya yola düşüb.

“Report”un məlumatına görə, Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv bu gün Heydər Əliyev Beynəlxalq Hava Limanından çarter reysi ilə səfərə çıxıb. Yığma ilə birgə Skandinaviya ölkəsinə veteran futbolçular - AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov və Regional Futbol Federasiyalarının prezidenti İsgəndər Cavadov da uçub.  

Qeyd edək ki, sentyabrın 1-də Oslo şəhərindəki Ullevaal stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi