Yuxarı

Futbol üzrə Azərbaycan milli komandası Malta ilə oyuna hazırlaşır - FOTOSESSİYA

Robert Prosineçki 24 futbolçunu hazırlığa cəlb edib

Bakı. 25 mart. REPORT.AZ/ AVRO-2016-nın seçmə mərhələsində Malta ilə qaşrılaşacaq Azərbaycan milli komandası bu gün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda məşq edib. "Report"un məlumatına görə, Robert Prosineçki 24 futbolçunu hazırlığa cəlb edib.

Məşq zamanı müxtəlif topla çalışmalar yerinə yetirilib. Yığma komanda oyunöncəsi son məşqini martın 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

Qeyd edək ki, Azərbaycan - Malta görüşü martın 28-də baş tutacaq. Oyunun start fiti saat 21:00-da səslənəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi