Yuxarı
    Bağlamaq

    Futbol üzrə Azərbaycan milli komandası FİFA reytinqində 4 pillə geriləyib

    Ötən ay 439 xalla 76-cı pillədə qərarlaşan yığma yeni açıqlanan reytinqdə 427 xalla 80-ci sıradadır

    Bakı. 6 iyul. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandası FİFA reytinqində 4 pillə geriləyib.

    “Report”un məlumatına görə, buna səbəb Robert Prosineçkinin rəhbərlik etdiyi kollektivin ötən ay 2018-ci il dünya çempionatının seçmə qrup matçında Şimali İrlandiya yığmasına 0:1 hesabı ilə uduzmasıdır.

    Ötən ay 439 xalla 76-cı pillədə qərarlaşan yığma yeni açıqlanan reytinqdə 427 xalla 80-ci sıradadır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi