Futbol üzrə Azərbaycan milli komandası Antalyaya gedib

Futbol üzrə Azərbaycan milli komandası Antalyaya gedib Böyükağa Hacıyev, Şahin Diniyev və Ağasəlim Mircavadov da toplanışda iştirak edəcək
Futbol
20 Fevral , 2015 09:56
Futbol üzrə Azərbaycan milli komandası Antalyaya gedib

Bakı. 20 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandası bu gün səhər saatlarında Türkiyənin Antalya şəhərinə yola düşüb. "Report"un məlumatına görə, səfərdə əsas, U-21 və U-16 yığma komandaları iştirak edir.

Milli komanda ilə yanaşı AFFA Məşqçilər Komitəsinin üzvləri - Böyükağa Hacıyev, Şahin Diniyev və Ağasəlim Mircavadov da toplanışda iştirak edəcək.

Qeyd edək ki, Antalyada keçiriləcək toplantı çərçivəsində fevralın 24-də əsas yığma komanda Ukraynanın "Şaxtyor" klubu ilə yoldaşlıq oyunu keçirəcək. Görüş "Mardan Stadium"da baş tutacaq. "Neftçi" və AZAL klublarının Premyer Liqanın III turundan təxirə salınmış oyununun keçirilməsi səbəbindən bu komandaların futbolçuları bir həftə davam edəcək toplanışda iştirak etməyəcək. 

Son xəbərlər

Orphus sistemi