Futbol üzrə Azərbaycan Kubokunun qalibi məlum olub

Futbol üzrə Azərbaycan Kubokunun qalibi məlum olub Bakı. 28 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.
Futbol
28 May , 2018 21:53
Futbol üzrə Azərbaycan Kubokunun qalibi məlum olub

Bakı. 28 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.

"Report"un məlumatına görə, final matçında "Keşlə" və "Qəbələ" komandaları üz-üzə gəlib. Qarşılaşma "Keşlə" komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə yeganə qolu 71-ci dəqiqədə Pərdis Fərcad-Azad vurub. Beləliklə, 2017/2018 mövsümünə yekun vurulub. Azərbaycan Kubokunun qalibi olan "Keşlə" komandası Avropa Liqasında çıxış etmək imkanı qazanıb.

Azərbaycan Kuboku

Final

28 may

20:00. "Keşlə" - "Qəbələ" - 1:0

Qol: Pərdis Fərcad-Azad, 71

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Əliyar Ağayev

AFFA Nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Vüsal Əliyev

Qəbələ şəhər stadionu.

Son xəbərlər

Orphus sistemi