Yuxarı

Futbol üzrə Azərbaycan Kubokunun püşkü atılıb - FOTO

Püşkatma Premyer Liqadan 8, I Diviziondan 10 klubun iştirakı ilə həyata keçirilib

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Kubokunda püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, mərasim AFFA-nın inzibati binasında təşkil olunub.

Püşkatma Premyer Liqadan 8, I Diviziondan 10 klubun iştirakı ilə həyata keçirilib.

Təsnifat mərhələsi

1. "Turan Tovuz" - "Bakılı" 

2. "Şəmkir" - "Qaradağ Lökbatan"

1/8 final

3. "Zirə" - "Turan Tovuz"/"Bakılı" 

4. "Neftçi" - "Şərurspor" 

5. "Qarabağ" - "Səbail" 

6. "Sumqayıt" - MOİK 

7. "İnter" - "Şəmkir"/"Qaradağ Lökbatan" 

8. "Kəpəz" - "Şahdağ" 

9."Qəbələ" - "Zaqatala" 

10. AZAL - "Rəvan"

1/4 final

11. 3 cütünün qalibi - 4 cütütün qalibi 

12. 5 cütünün qalibi - 6 cütünün qalibi 

13. 7 cütünün qalibi - 8 cütünün qalibi 

14. 9 cütünün qalibi - 10 cütünün qalibi

Yarımfinal

11 cütünün qalibi - 12 cütünün qalibi 

13 cütünün qalibi - 14 cütünün qalibi

FİNAL

Püşkatmada Premyer Liqa klublarından, "Qarabağ”, "Zirə”, "Qəbələ”, "İnter”, "Kəpəz”, "Neftçi”, AZAL, "Sumqayıt”, I Diviziondan isə "Rəvan”, "Qaradağ Lökbatan”, MOİK, "Şəmkir”, "Zaqatala”, "Turan Tovuz”, "Bakılı”, "Şahdağ”, "Şərurspor”, "Səbail” iştirak edib.

Püşkə əsasən, mübarizəyə ilkin təsnifat mərhələsindən start veriləcək. Qalib komandaları 1/8 finala yüksələcəklər. Yarış 1/4 finaladək bir oyunluq sistemlə keçiriləcək. Final matçı da bir görüşdən ibarət olacaq.

Qeyd edək ki, ilkin təsnifat mərhələsinin oyunları oktyabrın 12-də, 1/8 final görüşləri 2-3 dekabrda, 1/4 final matçları 11, 13 dekabr və 20-21 dekabrda, yarımfinal qarşılaşmaları 30 mart və 5 apreldə, final isə 5 mayda olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi