Futbol üzrə Azərbaycan Kubokunda ilk 1/4 finalçı müəyyənləşib

Futbol üzrə Azərbaycan Kubokunda ilk 1/4 finalçı müəyyənləşib "Sumqayıt" hər iki qolu oyunun sonlarında vurub
Futbol
2 Dekabr , 2016 16:01
Futbol üzrə Azərbaycan Kubokunda ilk 1/4 finalçı müəyyənləşib

Bakı. 2 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yüksələn ilk komanda müəyyənləşib. 

"Report"un məlumatına görə, bu, "Sumqayıt" klubudur.

"Gənclik şəhəri" təmsilçisi 1/8 finalda MOİK-i mübarizədən kənarlaşdırıb - 2:0. "Bayıl Arena"da keçirilmiş qarşılaşmada "Sumqayıt" hər iki qolu oyunun sonlarında vurub. 76-cı dəqiqədə Məhəmməd Qurbanov, 6 dəqiqə sonra isə Amil Yunanov fərqlənib. Qonaqlar baş məşqçi Samir Abasovun cəzalı olması səbəbindən, görüşə məşqçi Seymur Rəhimovun rəhbərliyi altında çıxıblar.

Qeyd edək ki, "Sumqayıt"ın 1/4 finaldakı rəqibi dekabrın 3-də müəyyənləşəcək. "Qarabağ" - "Səbail" matçının rəqibi ilə görüş 11 (13) dekabrda və 20 (21) dekabrda olacaq.  

Son xəbərlər

Orphus sistemi