Yuxarı
    Bağlamaq

    Futbol üzrə Azərbaycan Kubokunun püşkü atılıb - YENİLƏNİB

    Neftçi və Qarabağ yenə finaldan tez qarşılaşa bilməyəcək

    Bakı. 7 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunun püşkatma mərasimi keçirilib."Report"un məlumatına görə, tədbir öncəsi tərtib olunan sxemdə ötən mövsüm Azərbaycan Premyer Liqasını ilk "4-lük"də bitirmiş komandaların bölgüsü aparılıb.

    Məlum olub ki, "Qarabağ" "İnter"lə, "Neftçi" isə "Qəbələ" ilə yarımfinalda, bu cütlərin iştirakçıları isə finaldan tez bir-biriləri ilə üz-üzə gələ bilməzlər. Mübarizəyə isə oktyabrın 14-də ilkin mərhələdən start veriləcək.

    İlkin mərhələ (14 oktyabr)

    1. "Turan Tovuz" - MOİK
    2. "Şahdağ" - "Şəmkir"
    3. "Şərurspor" - "Qaradağ Lökbatan"

    1/8 final (2 dekabr)

    4. 1 cütünün qalibi - "İnter"

    5. "Rəvan" - "Bakı

    6. "Qarabağ" - 2 cütünün qalibi

    7. "Neftçala" - "Sumqayıt"

    8. "Neftçi" - 3 cütünün qalibi

    9. "Xəzər Lənkəran" - "Kəpəz"

    10. "Qəbələ" - "Mil Muğan"

    11. AZAL - "Zirə"

    1/4 final (2 mart və 9 mart 2016)
    12. 4 cütünün qalibi - 5 cütünün qalibi
    13. 5 cütünün qalibi - 6 cütünün qalibi
    14. 7 cütünün qalibi - 8 cütünün qalibi
    15. 9 cütünün qalibi - 10 cütünün qalibi
    Yarımfinal
    16. 12 cütünün qalibi - 13 cütünün qalibi
    17. 14 cütünün qalibi - 15 cütünün qalibi 


    FİNAL 17 cütünün qalibi - 18 cütünün qalibi 


    İlk xəbər 09:19-da yayılıb. 

    Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2015/2016 mövsümünün püşkü atılacaq. "Report"un məlumatına görə, tədbir 19 komandanın iştirakı ilə təşkil olunacaq.

    Komandalardan 10-u Premyer Liqa, 9-u I Divizion təmsilçiləridir. Reqlamentə əsasən, 1/4 finaladək və finalda mübarizə tək oyunluq sistemlə aparılacaq. 1/4 final və yarımfinalda isə cütlüklər ev və səfər prinsipi ilə oynayacaqlar. Əvvəlcə I Divizion komandalarından 6-sı 1/8 finala 3 vəsiqənin sahibini müəyyənləşdirəcək. Premyer Liqa təmsilçiləri və I Diviziondakı qalan 3 klub yarışa növbəti mərhələdən qoşulacaq.

    İlkin mərhələ oyunları oktyabrın 14-də, 1/8 final qarşılaşmaları dekabrın 2-də, 1/4 final görüşləri gələn il martın 2-də və 9-da, yarımfinallar aprelin 27-də və mayın 4-də, final matçı isə mayın 25-də olacaq.

    Püşkatma mərasimi saat 12:00-da AFFA-nın inzibati binasında baş tutacaq.

    Püşkatmaya qatılan komandalar:

    Premyer Liqa: “Qarabağ”, “İnter”, “Qəbələ”, “Neftçi”, AZAL, “Xəzər Lənkəran”, “Sumqayıt”, “Rəvan”, “Kəpəz”, “Zirə”.

    I Divizion: “Bakı”, “Neftçala”, “Qaradağ Lökbatan”, “Turan Tovuz”, “Şahdağ”, “Şəmkir”, “Mil Muğan”, MOİK, “Şərurspor”. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi