Futbol üzrə Azərbaycan çempionatının 30-cu turuna yekun vurulub - VİDEO

Futbol üzrə Azərbaycan çempionatının 30-cu turuna yekun vurulub - VİDEO Hər iki qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb
Futbol
17 Aprel , 2016 23:25
Futbol üzrə Azərbaycan çempionatının 30-cu turuna yekun vurulub - VİDEO

Bakı. 18 Aprel. REPORT.AZ/Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX tura yekun vurulub.

"Report" xəbər verir ki, son oyun günündə hər iki qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Son oyun günündə AZAL "Sumqayıt"ı Tural Hümbətovun ilk yarıda vurduğu baxımlı qolla yenib. İkinci hissədə Aleksandr Qurulu meydan sahiblərinin penaltisini dəqiq yerinə yetirə bilməyib. Bununla belə, "təyyarəçilər" qələbəni qoruyaraq, 42 xalla 6-cı pillədə qalıb və Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparmaq şanslarını davam etdirib. "Sumqayıt" isə yenə 29 xalla 8-ci pillədədir.

Digər oyunda "Zirə" "Xəzər Lənkəran"ı Nelson Bonilyanın qolu ilə üstələyib. Salvadorlu hücumçu qollarının sayını 14-ə çatdıraraq, bombardir olub. "Zirə" 59 xalla 2-ci, "Xəzər Lənkəran" 14 xalla 11-ci pillədə qalıb.

Azərbaycan Premyer Liqası, XXX tur

"Zirə” – "Xəzər Lənkəran” - 1:0
Qol: Nelson Bonilya, 63

AZAL – "Sumqayıt” - 1:0
Qol: Tural Hümbətov, 38

Son xəbərlər

Orphus sistemi