Futbol üzrə Azərbaycan çempionatında XIV tura yekun vurulub

Futbol üzrə Azərbaycan çempionatında XIV tura yekun vurulub Bakı. 9 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub.
Futbol
9 Dekabr , 2018 21:46
Futbol üzrə Azərbaycan çempionatında XIV tura yekun vurulub

Bakı. 9 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub.

"Report" xəbər verir ki, turun son oyununda lider "Neftçi" "Bakcell Arena"da "Sumqayıt" komandasını qəbul edib.

Rəvan Həmzəzadənin idarə etdiyi görüş 0:0 hesabı ilə başa çatıb.

Oyuna qonaq komanda hücumlarla başlayıb. İlk hissənin ortalarından "Neftçi" nəzarəti ələ alıb. Komanda bir neçə təhlükəli hücum yaratsa da, hesabı açmaq mümkün olmayıb. İlk hissə 0:0 hesabı ilə bitib.

İkinci hissəni hücumda keçirən "Neftçi" bir neçə qol vəziyyəti yaradıb, lakin bunlardan istifadə edə bilməyib. Görüş elə başladığı kimi 0:0 hesabı ilə də başa çatıb.

Bu nəticədən sonra "Neftçi" 33 xalla liderliyini davam etdirir, 15 xal toplayan "Sumqayıt" isə 6-cı yerdə qərarlaşıb.

Günün digər matçlarında "Sabah" evdə "Keşlə"yə 1:2 hesabı ilə məğlub olub. Son çempion "Qarabağ" isə səfərdə "Zirə" komandasını böyük hesabla məğlub edib - 6:0. "Səbail" - "Qəbələ" görüşündə isə qalib müəyyənləşməyib - 0:0.

Son xəbərlər

Orphus sistemi