Yuxarı

​Futbol üzrə Avropa Liqasının finalçıları məlum olub - VİDEO

Finalda Liverpul və Sevilya üz-üzə gələcək

Bakı.6 may.REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının finalçıları məlum olub.

"Report" xəbər verr ki, bu gecə baş tutan iki yarımfinal oyunundan sonra "Liverpul və "Sevilya" finala yüksəlib.

İngiltərədə keçirilən oyunda "Liverpul" İspaniyanın "Vilyarrel" klubunu qəbul edib. "Enfild Roud" stadionunda baş tutan qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. İspaniya komandası görüşü azlıqda başa vurub. Matçın 71-ci dəqiqəsində klubun futbolçusu Viktor Ruis qırmızı vərəqə ilə cəzalandırılıb.

Bu komandaların İspaniyada keçirilən ilk qarşılaşması "Vilyarreal"ın 1:0 hesablı qələbəsi ilə başa çatmışdı. Yekun nəticədə (3:1) ingilis klubu finala çıxan tərəf olub. "Liverpul" sözügedən turnirin finalına sonuncu dəfə 2001-ci ildə vəsiqə qazanıb. Həmin vaxt onlar finalda İspaniyanın "Deportivo-Alaves" kollektivinə 5:4 hesabı ilə məğlub olublar.

Digər yarımfinal qarşılaşmasında İspaniyanın "Sevilya" kollektivi Ukraynanın "Şaxtyor" klubunu qonaq edib. Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. İlk matç 2:2 yekunlaşdığından, ümumi nəticəyə görə (5:3) "Sevilya" ardıcıl üçüncü dəfə turnirin finalına çıxıb.

Avropa Liqasının final matçı mayın 18-də İsveçrənin Bazel şəhərində keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi