Futbol üzrə Avropa Çempionatı “CinemaPlus”da canlı nümayiş olunacaq

Futbol üzrə Avropa Çempionatı “CinemaPlus”da canlı nümayiş olunacaq Biletin qiyməti 5 manatdır
Futbol
10 İyun , 2016 17:18
Futbol üzrə Avropa Çempionatı “CinemaPlus”da canlı nümayiş olunacaq

Bakı. 10 iyun. REPORT.AZ/ Premium kinoteatrlar şəbəkəsi “CinemaPlus”da iyunun 10-dan iyulun 1-na qədər “EURO 2016” futbol üzrə Avropa Çempionatı canlı nümayiş olunacaq.

“Report”un xəbərinə görə, qiyməti 5 manat olan biletləri kinoteatrın kassalarından, rəsmi saytdan və ya “CinemaPlus”un yeni yaratdığı mobil əlavədən əldə etmək mümkündü.

Qeyd edək ki, kinoteatr Azadlıq prospekti 45 ünvanında, "28 mall" Ticarət Mərkəzinin 5-ci mərtəbəsində fəaliyəyt göstərir.

Xatırladaq ki, bu yaxınlarda Azərbaycanın ikinci böyük şəhəri Gəncədə "CinemaPlus" kinoteatrı açılıb. Kinoteatr Nizami küçəsi 8 ünvanında "Xəmsə Park" Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşir.

Ətraflı məlumat üçün "CinemaPlus"un İOS və Android əməliyyat sistemli smartfonlar üçün yaratdığı yeni mobil əlavəni yükləmək mümkündür.

https://itunes.apple.com/us/app/cinemaplus/id1072140418?mt=8

https://play.google.com/store/apps/details?id=com.promote.cinemaplus

Son xəbərlər

Orphus sistemi