​Futbol üzrə 4 qat SSRİ çempionu dünyasını dəyişib

​Futbol üzrə 4 qat SSRİ çempionu dünyasını dəyişib Futbolçu kimi SSRİ yığmasında bir oyun keçirib
Futbol
7 May , 2016 14:37
​Futbol üzrə 4 qat SSRİ çempionu dünyasını dəyişib

Bakı. 7 may. REPORT.AZ/ Futbol üzrə 4 dəfə SSRİ çempionu olmuş Valeri Zuyev vəfat edib. "Report"un məlumatına görə, müdafiəçi 64 yaşında dünyasını dəyişib.

10 il Kiyev "Dinamo"sunun (1969-1979) heyətində çıxış etmiş V.Zuyev bu müddət ərzində iki dəfə SSRİ çempionu olub, UEFA Kuboku və UEFA Superkubokunu qazanıb. Daha sonra SKA (Kiyev) və Dnepropetrovsk təmsilçisi "Dnepr"in heyətində çempionluq yaşayıb.

Futbolçu kimi SSRİ yığmasında bir oyun keçirib.

O, baş məşqçilik karyerası ərzində Kiyev "Dinamo"su və "Tavriya"da çalışıb.

Son xəbərlər

Orphus sistemi