Futbol matçında oyunsonrası penalti sayında yeni rekord qeydə alınıb - VİDEO

Futbol matçında oyunsonrası penalti sayında yeni rekord qeydə alınıb - VİDEO Çexiya Regional Liqası oyununda 52 penalti yerinə yetirilib
Futbol
5 İyun , 2016 02:18
Futbol matçında oyunsonrası penalti sayında yeni rekord qeydə alınıb - VİDEO

Bakı. 5 iyun. REPORT.AZ/ Çexiya Regional Liqasında "Batov-1930" və "Friştak" komandaları arasında keçirilmiş matçda oyunsonrası 52 penalti yerinə yetirilib.

"Report"un məlumatına görə, komandalar birgə səylərlə yeni rekord müəyyənləşdiriblər.

Əvvəlki rekord 2005-ci ildə Namibiya Kuboku matçında qeydə alınıb. Həmin görüşdə 48 penalti vurulub.

"Friştek"in prezidenti Vratislav Rudolf "İdnes" qəzerinə müsahibəsində bunları deyib:

"Dərhal hansısa rekord müəyyənləşdirdiyimizi düşündüm. Komandalar hərəyə 20 penalti vurduqdan sonra evə getmək istədim. Çünki barbekü planlaşdırmışdıq. Amma sonda qalmağa qərar verdim".

Qeyd edək ki, görüş "Batov-1930"un qələbəsi ilə yekunlaşıb - 25:24.

Son xəbərlər

Orphus sistemi