​Futbol matçı zamanı azarkeş ölüb

​Futbol matçı zamanı azarkeş ölüb Daha bir fanat xəstəxanaya yerləşdirilib
Futbol
14 Mart , 2016 10:02
​Futbol matçı zamanı azarkeş ölüb

Bakı. 14 mart. REPORT.AZ/ Futbol üzrə Almaniya Bundesliqasında XXVI turun "Borussiya" - "Maynts" matçı zamanı iki azarkeş infarkt keçirib. "Report"un məlumatına görə, onlardan biri ölüb, digəri xəstəxanaya yerləşdirilib.

Xəstəxanadakı fanatın vəziyyətinin normal olduğu bildirilir. Ölən azarkeşin isə 80 yaşı olduğu açıqlanıb. Hadisə baş verəndən sonra tribunalara sükut çöküb. Azarkeşlər komandalarına dəstək şüarları verilməsini dayandırıblar. Üstəlik stadionda olan ekranlar vasitəsilə hadisə barəsində məlumat da verilib.

Qeyd edək ki, matç Dortmund təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Son xəbərlər

Orphus sistemi