Yuxarı
    Bağlamaq

    Futbol klubu gerbini bədəninə döymə etdirən azarkeşlərə pulsuz abunə kartı verəcək

    “Ueska” klubu qeyri-adi kompaniyaya start verib

    Bakı. 27 iyul. REPORT.AZ/ Futbol üzrə İspaniyanın Sequnda liqasında (I divizion) çıxış edən “Ueska” klubu qeyri-adi kompaniyaya start verib.

    “Report”un məlumatına görə, Araqon təmsilçisi klubun gerbini bədənlərinə döymə etdirən azarkeşlərə 2017/2018 mövsümündə ev oyunları üçün pulsuz abunə kartı təqdim edəcək.

    Üstəlik, klub tərəfindən döymə xərci qismində hər bir şəxsə 60 avro ödəniləcək. “Ueska” rəhbərliyi hesab edir ki, bununla stadiona gələn azarkeş sayının artmasına və 4 mindən çox abunə kartının satılmasına nail olacaqlar.

    Qeyd edək ki, 1960-cı ildə təsis edilən “Ueska” heç vaxt La Liqada çıxış etməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi