Yuxarı

Futbol ictimaiyyəti Böyükağa Hacıyevin məzarını ziyarət edib

Bu gün “Neftçi” və "Bakı" klublarının sabiq baş məşqçisi Böyükağa Hacıyevin vəfatından 1 il ötür.

"Report"un məlumatına görə, bununla əlaqədar futbol ictimaiyyəti mərhumun məzarını ziyarət edib. 

Mərasimə AFFA nümayəndələri və İcraiyyə Komitəsinin üzvləri, "Neftçi" rəsmiləri, veteran futbolçular, digər şəxslər qatılıb və B.Hacıyevi yad ediblər. Qəbirüstü abidənin önünə əklil və gül dəstələri qoyulub. 

Qeyd edək ki, Böyükağa Hacıyev ötən il martın 16-da uzun sürən xəstəlikdən sonra 60 yaşında dünyasını dəyişib. Naxçıvanda 1958-cu il aprelin 20-də anadan olan Böyükağa Hacıyev 2006-cı ildə "Bakı" klubuna Azərbaycan çempionluğu, 2012-2013 və 2013-2014 mövsümlərində "Neftçi"yə Azərbaycan çempionluğu və ölkə kubokunu qazandırıb. Bundan başqa, Hacıyev tarixdə ilk dəfə "Neftçi"ni 2012-2013 mövsümündə Avropa Liqasının qrup mərhələsinə çıxarıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi