Azərbaycanlı futbol hakimlərinin qış hazırlıq planı müəyyənləşib

Azərbaycanlı futbol hakimlərinin qış hazırlıq planı müəyyənləşib Toplanış yanvarın 11-dən start götürəcək
Futbol
27 Dekabr , 2016 16:49
Azərbaycanlı futbol hakimlərinin qış hazırlıq planı müəyyənləşib

Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycanlı futbol hakimlərinin qış hazırlıq planı müəyyənləşib.

"Report"un məlumatına görə, hakimlər yanvarın 11-də Türkiyənin Antalya bölgəsinə üz tutacaq.

Toplanış ayın 25-dək davam edəcək. Xaqani Məmmədovun rəhbərlik etdiyi qrup Antalyadakı "Miracle" oteldə məskunlaşacaq. Toplanış müddətində hakimlərin müxtəlif oyunların idarə etməsi nəzərdə tutulub.

Hazırlıq prosesinə 30 hakim cəlb olunacaq.

Son xəbərlər

Orphus sistemi