Yuxarı
    Bağlamaq

    Qvatemala ​Futbol Federasiyasının sabiq prezidenti həbs olunub

    Qurumun keçmiş baş katibi də saxlanılıb

    Bakı. 13 yanvar. REPORT.AZ/ Qvatemala polisi yerli futbol federasiyasının sabiq prezidenti Brayan Ximenesi həbs edib. "Report"un məlumatına görə, eks-prezident rüşvət almaqda ittiham olunur.

    Bir müddət əvvəl federasiyanın keçmiş baş katib Hektor Truxilo haqda da saxlanılma əmri çıxarılıb. O, ötən ay ABŞ-da saxlanılıb.

    Qeyd edək ki, hər iki şəxsin FİFA-nın korrupsiya qalmaqalına görə saxlanıldığı bildirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi