Bakı. 13 yanvar. REPORT.AZ/ Qvatemala polisi yerli futbol federasiyasının sabiq prezidenti Brayan Ximenesi həbs edib. "Report"un məlumatına görə, eks-prezident rüşvət almaqda ittiham olunur.
Bir müddət əvvəl federasiyanın keçmiş baş katib Hektor Truxilo haqda da saxlanılma əmri çıxarılıb. O, ötən ay ABŞ-da saxlanılıb.
Qeyd edək ki, hər iki şəxsin FİFA-nın korrupsiya qalmaqalına görə saxlanıldığı bildirilir.