Futbol üzrə Azərbaycan yığması bu gün Avstriyaya təlim-məşq toplanışına yollanacaq

Futbol üzrə Azərbaycan yığması bu gün Avstriyaya təlim-məşq toplanışına yollanacaq Milli komanda Serbiya və Norveçlə qarşılaşacaq
Futbol
1 İyun , 2015 11:45
Futbol üzrə Azərbaycan yığması bu gün Avstriyaya təlim-məşq toplanışına yollanacaq

Bakı. 1 iyun. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan yığması Avstriyanın paytaxtı Vyanaya təlim-məşq toplanışına yola düşəcək. "Report"un məlumatına görə, toplanış çərçivəsində milli komanda Serbiya ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.

Legionerlər hazırlıq prosesinə birbaşa qatılacaqlar. "Neftçi" və "Qarabağ"dan dəvət alanlar isə iki klub arasında iyunun 3-də keçiriləcək Azərbaycan Kubokunun final matçının ertəsi Vyanaya yollanacaqlar. Serbiya ilə Pölten şəhərindəki "NV Arena"da baş tutacaq qarşılaşma iyunun 7-də saat 20:00-da başlanacaq.

Qeyd edək ki, milli üzvləri Avstriya toplanışının ardından Norveç yığması ilə AVRO-2016-nın seçmə qrup matçı üçün Osloya yollanacaq. İyunun 12-də "Ulleval" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. 

Son xəbərlər

Orphus sistemi