​Futbol azarkeşləri Azərbaycan əsgərlərinə dəstək məqsədilə aksiya keçirib

​Futbol azarkeşləri Azərbaycan əsgərlərinə dəstək məqsədilə aksiya keçirib Aksiyaya 2000-dən çox azarkeş qoşulub
Futbol
6 Aprel , 2016 12:57
​Futbol azarkeşləri Azərbaycan əsgərlərinə dəstək məqsədilə aksiya keçirib

Bakı. 6 aprel. REPORT.AZ/ Bu gün metronun "Elmlər Akademiyası" stansiyasının qarşısında futbol komandalarının fan-klublarının iştirakı ilə son günlər cəbhə xəttində şəhid olanların ruhuna ehtiram və Azərbaycan ordusuna dəstək məqsədilə aksiyası keçirilib. "Report"un məlumatına görə, aksiyaya 2 mindən artıq azarkeş qoşulub.

Birlik nümayiş etdirənlər sırasında "Neftçi", "Qarabağ", "Xəzər Lənkəran", "Kəpəz", "Qəbələ", "Bakı" azarkeşləri və Azərbaycan komandalarını avrokuboklarda dəstəkləyən fan-klublar yer alıb. Aksiya dövlət himninin səsləndirilməsi ilə başlayıb. Müxtəlif şüarlar səsləndirən azarkeşlər Şəhidlər Xiyabanına üz tutublar.

Son xəbərlər

Orphus sistemi