Futbol agenti Vadim Şabliy: "Azərbaycanda olan sabitlik, bizdə yoxdur"

Futbol agenti Vadim Şabliy: "Azərbaycanda olan sabitlik, bizdə yoxdur" Azərbaycan öz çempionatını inkişaf etdirmək istəyir və qarşısına daha çox məqsədlər qoyur
Futbol
21 Dekabr , 2014 23:24
Futbol agenti Vadim Şabliy: Azərbaycanda olan sabitlik, bizdə yoxdur

Bakı. 21 dekabr. REPORT.AZ/ Futbol agenti Vadim Şabli hesab edir ki, "Çernomorets" klubundan Roman Qriqorçuk rəhbərlik etdiyi "Qəbələ" klubuna oyunçuların transferi, tamamilə mümkündür.

"Sözün düzü, Roman Qriqorçukun Azərbaycana kimin  dəvət etmək istədiyini bilmirəm. Amma yenə də, niyə də yox?

"Qəbələ" klubunun mühüm vəzifələri olmasına baxmayaraq, söhbəti gedən klubun stabilliyi haqqında da danışmaq olar. Klubda məxsus olan stabillik təəssüf ki, bizdə yoxdur.

Əlbəttə ki, bizim çempionat daha güclüdür, lakin Azərbaycan öz çempionatını inkişaf etdirmək istəyir və qarşısına daha çox məqsədlər qoyur".

“Report”un məlumatına görə, bundan əvvəl tərəflərin qarşılıqlı razılaşması əsasında Roman Qriqorçuk Odessanın "Çernomorets" klubu ilə müqaviləsini dayandırıb. Roman İosifoviç "Çernomorets" klubunda baş məşqçi vəzifəsində dörd il çalışıb.

Son xəbərlər

Orphus sistemi