Yuxarı

Futbol üzrə Avropa Çempionatı-2020-nin 4 oyunu Bakıda keçiriləcək

AVRO-2020 çempionatının 4 oyunu Bakıda keçiriləcək

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu gün UEFA İcraiyyə Komitəsi AVRO-2020 final mərhələsinin oyunlarını qəbul edəcək 13 ölkənin adlarını müəyyən edib. Cenevrədəki "Espace Hippomene" ekspo mərkəzində keçirlən mərasimdə seçilən şəhərlərin adları açıqlanıb. "Report" xəbər verir ki, İK-nın qərarına əsasən, 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa Çempionatının 4 oyunu Bakıda baş tutacaq. 4 matçdan 3-ü C qrupunun oyunları və bir 1/4 final oyunu olacaq. AVRO-2020 oyunlarının keçiriləcəyi şəhərlərin tam siyahısı belədir:

İngiltərə/London – yarıfminallar və final

Azərbaycan/Bakı – 3 qrup mərhələsi oyunu və 1 - 1/4 final oyunu

Almaniya/Münhen – 3 qrup mərhələsi oyunu və 1 - 1/4 final oyunu 

İtaliya/Roma – 3 qrup mərhələsi oyunu və 1 - 1/4 final oyunu

Rusiya/Sankt-Peterburq – 3 qrup mərhələsi oyunu və 1 - 1/4 final oyunu

Belçika/Brüssel - 3 qrup mərhələsi oyunu və 1 - 1/8 final oyunu

Danemarka/Kopenhagen - 3 qrup mərhələsi oyunu və 1 - 1/8 final oyunu

Macarıstan/Budapeşt - 3 qrup mərhələsi oyunu və 1 - 1/8 final oyunu

Hollandiya/Amsterdam - 3 qrup mərhələsi oyunu və 1 - 1/8 final oyunu

İrlandiya/Dublin - 3 qrup mərhələsi oyunu və 1 - 1/8 final oyunu

Rumıniya/Buxarest - 3 qrup mərhələsi oyunu və 1 - 1/8 final oyunu

Şotlandiya/Qlazqo- 3 qrup mərhələsi oyunu və 1 - 1/8 final oyunu

İspaniya/Bilbao - 33 qrup mərhələsi oyunu və 1 - 1/8 final oyunu

AVRO-2020 təqvimi bir müddət sonra məlum olacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi