FTB "Barselona"nın keçmiş prezidenti ilə bağlı araşdırmalara başlayıb

FTB "Barselona"nın keçmiş prezidenti ilə bağlı araşdırmalara başlayıb FTB Sandro Roselli çirkli pulların yuyulmasında, internet vasitəsiylə fırıldaqçılıqda və bir sıra digər cinayətlərdə şübhəli bilir
Futbol
3 Fevral , 2017 10:48
FTB Barselonanın keçmiş prezidenti ilə bağlı araşdırmalara başlayıb

Bakı. 3 fevral. REPORT.AZ/ ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) "Barselona"nın keçmiş prezidenti Sandro Rosellə bağlı tədqiqata başlayıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, FTB S.Roselli çirkli pulların yuyulmasında, internet vasitəsiylə fırıldaqçılıqda və bir sıra digər cinayətlərdə şübhəli bilir.

Bununla əlaqədar olaraq, FTB Madrid məhkəməsindən S.Rosellin ofislərində müvafiq yoxlamalar keçirməyi xahiş edib. Ancaq Kataloniya klubunun keçmiş rəhbərinin yaxın çevrəsi S.Rosellin ofislərində yoxlamaların aparılmadığını iddia edir.

Qeyd edək ki, FTB ABŞ-ın daxili kəşfiyyat və eyni zamanda federal hüquq-mühafizə orqanıdır.

Son xəbərlər

Orphus sistemi