Frenk Lempard "Çelsi"də təcrübə keçir

Frenk Lempard "Çelsi"də təcrübə keçir O, "B" kateqoriyalı məşqçilik statusu almaq niyyətindədir
Futbol
10 Fevral , 2017 05:47
Frenk Lempard Çelsidə təcrübə keçir

Bakı. 10 fevral. REPORT.AZ/ "Çelsi"nin bu yaxınlarda oyunçu karyerasını başa vurmuş sabiq futbolçusu Frenk Lempard London klubunda təcrübə keçir.

"Report" "Mirror"a istinadən xəbər verir ki, İngiltərə yığmasının keçmiş xavbeki "zadəganlar"ın akademiyasına gedir və "B" kateqoriyalı məşqçi statusu almaq niyyətindədir.

Lempard karyerasına "Vest Hem Yunayted"də başlayıb. Yarımmüdafiəçi 2001-ci ildə "Çelsi"yə keçib və 13 ilini orada keçirib. O, 2014-2015-ci illərdə "Mançester Siti"də çıxış edib, ötən mövsümü isə"Nyu-York Siti"də keçirib.

Frenk bütün dövrlərdə "Çelsi"nin ən yaxşı bombardiridir. Onun hesabında 648 oyuna 211 qol var.

Son xəbərlər

Orphus sistemi