AZAL klubunun bombardiri: "Azərbaycan və xarici klublardan təkliflər var"

AZAL klubunun bombardiri: "Azərbaycan və xarici klublardan təkliflər var" Freddi Mombonqo qərar verməyə tələsmir
Futbol
29 May , 2015 10:26
AZAL klubunun bombardiri: Azərbaycan və xarici klublardan təkliflər var

Bakı. 29 may. REPORT.AZ/ "Artıq müqaviləm bitir. Azərbaycandan və ölkə xaricindən yaxşı təkliflər var". Bunu "Report"a açıqlamasında AZAL klubunun futbolçusu Freddi Mombonqo deyib.

Konqolu hücumçu qərar verməyə tələsmədiyini bildirib. O, deyib ki, seçim etmək üçün komandalardan 2 həftə vaxt istəyəcək: "Təklifləri dəyərləndirməliyəm. Menecerimlə də bu barədə söhbət edəcəyəm və mənim üçün hansı komanda daha yaxşı təklif irəli sürsə, ora gedəcəyəm. Hələ ki, dəqiq qərar verməmişəm".

Son oyununda "Neftçi" klubuna qarşı mübarizə aparan 30 yaşlı futbolçu yaxşı mövsüm keçirdiklərini bildirib. Onun sözlərinə görə, məhdud büdcəyə rəğmən, komanda pis nəticə göstərməyib: "Ümumilikdə mövsüm ərzində yaxşı çıxış etdik. Mövsümü 6-cı yerdə qapadıq. Mən də bombardirlər siyahısında yer almışam. Bombardirlər siyahısında öndə olan futbolçuların penaltidən vurduqları qolları çıxsaq, ilk pillədə özüm olaram".

Qeyd edək ki, AZAL Azərbaycan Premyer Liqasının 2014/2015 mövsümünü 6-cı pillədə başa vurub. Freddi Mombonqo isə 13 qolla bombardirlər siyahısında 3-cü olub.

Son xəbərlər

Orphus sistemi