​Fransanın PSJ klubu Neymar üçün 500 milyon avro təklif edib

​Fransanın PSJ klubu Neymar üçün 500 milyon avro təklif edib Futbolçu ildə 40 milyon avro qazanacaq
Futbol
12 Fevral , 2016 11:02
​Fransanın PSJ klubu Neymar üçün 500 milyon avro təklif edib

Bakı. 12 fevral. REPORT.AZ/ Fransanın PSJ klubunun qətərli sahibi Nasser Əl-Xelaifi İspaniya "Barselona"sının futbolçusu Neymar üçün 500 milyon dollar təklif edib. "Report"un məlumatına görə, braziliyalı hücumçu təklifi qəbul edəcəyi təqdirdə ildə 40 milyon avro qazanacaq.

Paris klubunun sahibi 24 yaşlı futbolçunun "Barselona" ilə müqaviləsində yer alan "sərbəst qalma" maddəsinə əsasən 190 milyon avro da ödəməyə hazırdır.

PSJ futboçluya 5 illik müqavilə təklif edib. Keçid baş tutarsa, Neymar üçün ümumilikdə 500 milyon avro ödəniləcək.

Qeyd edək ki, Neymar təklifi qəbul edəcəyi təqdirdə ən çox qazanan futbolçu adına sahib çıxacaq.

Son xəbərlər

Orphus sistemi