Yuxarı

Fransalı sabiq futbolçu FİFA prezidenti postuna namizədliyini verəcək

Ərizələr yanvarın 29-dək qəbul olunacaq

Bakı. 16 yanvar. REPORT.AZ/ Fransa milli komandasının sabiq yarımmüdafiəçisi David Jinola FİFA prezidenti postuna namizədliyini irəli sürməyə hazırlaşır. "Report"un "BBC"yə istinadən məlumatına görə, seçkiyə qatılmaq üçün Jinola 5 federasiyanın dəstəyini almalı və futbolun inkişafı istiqamətində fəallığını sübuta yetirməlidir.

Daha öncə 47 yaşlı mütəxəssis DÇ-2018-in təşkilatçı ölkə seçimi zamanı İngiltərənin səfiri olub. FİFA prezidenti seçkisində iştirak üçün ərizələr yanvarın 29-dək qəbul olunacaq. UEFA-ya 2007-ci ildən rəhbərlik edən Mişel Platini də fransalıdır.

Qeyd edək ki, David Jinola karyerası ərzində Fransanın PSJ və "Brest", eləcə də İngiltərənin "Aston Villa", "Tottenhem" və "Nyukasl" klublarında çıxış edib. O, ölkə yığmasında 17 oyuna 3 qol vurub. Jinola 1994-cü ildə Fransa çempionu və Liqa Kubokunun, 1993 və 1995-ci illərdə ölkə kubokunun, 1999-cu ildə İngiltərə Liqa Kubokunun qalibi olub. 1994-cü ildə "France Football" jurnalının peşəkar futbolçular arasında keçirdiyi sorğuda Fransanın, 1999-cu ildə isə Peşəkar Futbolçular Assosiasiyasının sorğusunda İngiltərə çempionatının ən yaxşı oyunçusu seçilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi