Fransalı qapıçı sevgilisini döydüyünə görə saxlanılıb

Fransalı qapıçı sevgilisini döydüyünə görə saxlanılıb Duşez qadının saçından tutaraq başını divara və döşəməyə vurub
Futbol
27 Oktyabr , 2017 05:59
Fransalı qapıçı sevgilisini döydüyünə görə saxlanılıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ Fransanın "Lans" klubunun qapıçısı Nikolya Duşez polis tərəfindən məişət zorakılığında şübhəli bilinərək saxlanılıb.

"Report" "Le Parisien" nəşrinə istinadən xəəbər verir ki, sərxoş vəziyyətdə olan futbolçu öz sevgilisini möhkəm döyüb.

Polislər mənzilə gəldikdə qadın çılpaq şəkildə yerdə uzanmış vəziyyətdə olub. Onun bədənində qançır və yara izləri aşkar edilib.

Mənbənin məlumatına görə, Duşez qadının saçından tutaraq başını divara və döşəməyə vurub. Mənzildə pəncərənin şüşələri və güzgü, həmçinin qab-qacaq sındırılıb.

Döşəmədə və divarda qan izləri olub.

Son xəbərlər

Orphus sistemi