Fransalı futbolçu İngiltərə klubu ilə yeni müqavilə imzalamaqdan imtina edib

Fransalı futbolçu İngiltərə klubu ilə yeni müqavilə imzalamaqdan imtina edib Bakı. 10 aprel. REPORT.AZ/ İngiltərənin Mançester Yunayted klubunun fransalı futbolçusu Antonio Marsial komandası ilə müqavilənin müddətini artırmaqdan imtina edib.
Futbol
10 Aprel , 2018 19:32
Fransalı futbolçu İngiltərə klubu ilə yeni müqavilə imzalamaqdan imtina edib

Bakı. 10 aprel. REPORT.AZ/ İngiltərənin "Mançester Yunayted" klubunun fransalı futbolçusu Antonio Marsial komandası ilə müqavilənin müddətini artırmaqdan imtina edib.

"Report"un Fransa mətbuatına istinadən verdiyi xəbərə görə, 22 yaşlı futbolçu İngiltərə təmsilçisində oyunlar zamanı ehtiyatda daha çox qaldığı üçün bu qərarı qəbul edib.

Hücumçu ilə Fransanın PSJ, İngiltərənin "Tottenhem" və İspaniyanın "Atletiko"(Madrid) klubları yaxından maraqlanır.

Qeyd edək ki, Marsial 2015-ci ildə "Monako"dan transfer olunub. O, cari mövsüm İngiltərə Premyer Liqasında 29 matçda iştirak edib və 9 qola imza atıb. 

Son xəbərlər

Orphus sistemi