Fransalı azarkeşlər türkiyəli fanatlara mesaj göndərib

Fransalı azarkeşlər türkiyəli fanatlara mesaj göndərib "Loryen" - PSJ görüşündə "Türkiyəli azarkeşlər AVRO-2016-ya xoş gəlməyəcək" yazılmış pankart açılıb
Futbol
23 Noyabr , 2015 20:45
Fransalı azarkeşlər türkiyəli fanatlara mesaj göndərib

Bakı. 23 noyabr. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə bir qrup futbol azarkeşi türkiyəli tərəfdarlara mesaj göndərib. "Report"un məlumatına görə, ölkə çempionatında "Loryen" və PSJ komandaları arasında keçirilmiş oyundan öncə fransalı azarkeşlər "Türkiyəli azarkeşlər AVRO-2016-ya xoş gəlməyəcək" yazılmış pankart açıblar.

Fransalı azarkeşlərin bu addımı Yunanıstan və Türkiyə komandaları arasında keçirilmiş yoldaşlıq görüşü ilə əlaqədardır. Noyabrın 17-də baş tutmuş görüşdə Parisdə baş verən terrorda ölənlərin xatirəsinə birdəqiqəlik sükut elan olunub. Bu anda türkiyəli azarkeşlər sükutu pozub.

Qeyd edək ki, Türkiyə yığması Fransada keçiriləcək AVRO-2016-ya vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi