Fransada təsisçi komandanın yarımfinala vəsiqə qazanmasından sonra vəfat edib

Fransada təsisçi komandanın yarımfinala vəsiqə qazanmasından sonra vəfat edib Bakı. 2 mart. REPORT.AZ/ Valter Luzi təsisçisi olduğu “Şambli” futbol klubunun Fransa Kubokunun yarımfinalına vəsiqə qazanmasından bir neçə saat sonra vəfat edib.
Futbol
2 Mart , 2018 14:21
Fransada təsisçi komandanın yarımfinala vəsiqə qazanmasından sonra vəfat edib

Bakı. 2 mart. REPORT.AZ/ Valter Luzi təsisçisi olduğu “Şambli” futbol klubunun Fransa Kubokunun yarımfinalına vəsiqə qazanmasından bir neçə saat sonra vəfat edib.

“Report” klubun rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, komandanın 1/4 finalda “Strasbur” üzərində qələbəsini canlı izləyən 77 yaşlı funksionerin oyundan sonra halı pisləşib və dünyasını dəyişib.

Qeyd edək ki, V.Luzi klubu 1989-cu ildə oğulları Flavio və Bruno ilə birgə yaradıb. Flavio hazırda Fransanın III divizionunda çıxış edən “Şambli”nin prezidentidir.

Son xəbərlər

Orphus sistemi