Yuxarı
    Bağlamaq

    Fransada oyun zamanı futbolçu infarkt keçirib

    Görüş yarımçıq dayandırılıb, futbolçu isə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb

    Bakı. 10 oktyabr. REPORT.AZ/ Futbol üzrə Fransa kubokunun V mərhələsi çərçivəsində keçirilən “Marli-la-Vil” – “Versal” oyununda bədbəxt hadisə baş verib.

    “Report” “Le Parisien” nəşrinə istinadən xəbər verir ki, qarşılaşmanın 28-ci dəqiqəsində meydan sahiblərinin İdriss adlı futbolçusu infarkt keçirərək, yerə yıxılıb.

    Nəticədə görüş yarımçıq dayandırılıb, futbolçu isə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Hələ də özünə gəlməyən İdrissin durumu ağır olaraq qiymətləndirilir.

    Qeyd edək ki, yarımçıq dayandırılan oyunda 28-ci dəqiqəyə qədər hesab açılmayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi