Fransada matçlara pul qoyuluşu edən futbolçuların cəzaları açıqlanıb

Fransada matçlara pul qoyuluşu edən futbolçuların cəzaları açıqlanıb "Nitsa" klubunun iki oyunçusu diskvalifikasiyaya məruz qalıb
Futbol
31 Mart , 2017 17:47
Fransada matçlara pul qoyuluşu edən futbolçuların cəzaları açıqlanıb

Bakı. 31 mart. REPORT.AZ/ Fransa Peşəkar Futbol Liqası matçlara pul qoyuluşu edən oyunçuların cəzalarını açıqlayıb. "Report"un "L'Equipe" nəşrinə istinadən verdiyi məlumata görə, dörd futbolçudan ikisi sərt sanksiya ilə üzləşib.

"Nitsa" klubunun üzvləri - qapıçı Yoan Kardinal və yarımmüdafiəçi Valenten Eyserik üç oyunluq diskvalifikasiya edilib. Həmçinin Kardinala 1000 avro məbləğində cərimə kəsilib.

"Loryan" klubunun müdafiəçisi Romen Filippoto və "Bastiya"nın hücumçusu Qael Danik isə bir oyun buraxmalı olacaqlar. Üstəlik, Filippoto bir, Q.Danik isə iki oyunluq şərti cəza alıb. Sonuncu 500 avro məbləğində cərimə də ödəyəcək.

Qeyd edək ki, Fransa çempionatının geridə qalan 30 turundan sonra "Nitsa" 3-cü, "Bastiya" 19-cu, "Loryan" isə sonuncu - 20-ci sıradadır.

Son xəbərlər

Orphus sistemi