Yuxarı
    Bağlamaq

    Fransa yığmasının sabiq futbolçusu: "1998-ci il dünya çempionatı danışılmış idi"

    Emmanuel Peti: Biz kimlərinsə əllərində müqəvvaya çevrilməmişik?

    Bakı. 18 aprel. REPORT.AZ/ İngiltərənin "Arsenal" klubunun və Fransa milli komandasının keçmiş futbolçusu Emmanuel Peti dünya çempionatının keçirilməsi və nəticələrinin ədalətli olduğuna şübhə ilə yanaşıb. "Report"un məlumatına görə, sabiq yarımmüdafiəçi "Mirror" nəşrinə açıqlamasında belə yarışların nəticələrinin əvvəlcədən kiminsə tərəfindən həll edildiyini bildirib.

    Onun fikrincə, futbolçular belə şəxslərin əllərində müqəvvaya çevrilirlər: "Son bir neçə həftədə özümdən soruşuram: Doğrudanmı dünya çempionatının qalibi olmuşuq? Doğrudanmı bu, danışılmış oyun idi? Cavabım yoxdur. Onu bilirəm ki, rəqibi məğlub etmək üçün bütün gücümüzü sərf etdik. Hər şeyi qələbə naminə etdik. Lakin bu gün baş verənləri nəzərə alaraq, yenidən bu sualı özümə verirəm. Braziliya və Xorvatiya yığmaları arasında DÇ-2014-ün ilk matçında baş verənləri xatırlayın. Bağışlayın məni, sizə elə gəlmirmi ki, bu görüş kifayət qədər qəribə keçdi? Hərdən bu məni qorxudur. Mən də özümdən soruşuram: Bəlkə paranoikə çevrilirəm? Biz kimlərinsə əllərində müqəvvaya çevrilməmişik? İqtisadiyyatı irəli aparmaq üçün belə hallar həmişəmi olub? Doğrudanmı biz həmin çempionatı qazanmışıq? Şəxsən mən bunun belə olduğunu düşünürəm. İstənilən halda biz oyunçular olaraq, bunun üçün hər şeyi etdik. Orada nə olub-olmadığını dəqiq bilmirəm. Amma təkrar edirəm, bu məsələ məni qayğılandırır. Üstündən 18 il keçsə də, son bir neçə həftədə özümə suallar yağdırıram".

    Qeyd edək ki, Fransa millisi 1998-ci il dünya çempionatının finalında Braziliyanı 3:0 hesabı ilə məğlub edib. Sonuncu qolu məhz Emmanuel Peti vurub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi