Fransa yığması yoldaşlıq görüşündə İtaliyanı məğlub edib - VİDEO

Fransa yığması yoldaşlıq görüşündə İtaliyanı məğlub edib - VİDEO Bakı. 2 iyun. REPORT.AZ/ Futbol üzrə Fransa milli komandası yoldaşlıq matçında İtaliya komandası üzərində qələbə qazanıb.
Futbol
2 İyun , 2018 08:45
Fransa yığması yoldaşlıq görüşündə İtaliyanı məğlub edib - VİDEO

Bakı. 2 iyun. REPORT.AZ/ Futbol üzrə Fransa milli komandası yoldaşlıq matçında İtaliya komandası üzərində qələbə qazanıb.

“Report” xəbər verir ki, oyunda hesabı fransalı müdafiəçi Samüel Umtiti açıb, hücumçu Antuan Qrizmann penaltini dəqiq yerinə yetirərək Fransa yığmasının üstünlüyünü iki topa çatdırıb.

Birinci hissənin sonunda italiyalı müdafiəçi Leonardo Bonuççi qollardan birinin əvəzini çıxa bilib, lakin ikinci hissədə Usman Dembele matçda yekun nəticəni müəyyən edib — 3:1.

Futbol. Yoldaşlıq oyunu (yığmalar)

Fransa — İtaliya — 3:1

Qollar: 1:0 — Umtiti, 8;2:0 — Qrizmann (pen), 29;2:1 — Bonuççi, 36; 3:1 — Dembele, 63.

Son xəbərlər

Orphus sistemi