Fransa Türkiyəyə dəstək nümayiş etdirib

Fransa Türkiyəyə dəstək nümayiş etdirib Eyfel qülləsi türk bayrağının rəngində işıqlandırılıb
Futbol
30 İyun , 2016 12:25
Fransa Türkiyəyə dəstək nümayiş etdirib

Bakı. 30 iyun. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə yerləşən Eyfel qülləsi Türkiyə bayrağının rəngində işıqlandırılıb.

"Report"un məlumatına görə, Avropa çempionatının keçirildiyi ölkə İstanbul şəhərinin Atatürk adına Beynəlxalq Hava Limanında törədilən terror aktlarından sonra Türkiyəyə dəstək olaraq bu addımı atıb.

Bakı vaxtı ilə saat 02:00-dan etibarən qüllə "ağ-qırmızı" fonda olub.

Qeyd edək ki, Eyfel qülləsində Avropa çempionatı müddətində sosial şəbəkədə ən çox dəstək alan ölkənin bayrağı yer alır.

Son xəbərlər

Orphus sistemi